Sizin reklam burada
Sizin reklam burada
  • Ahmed Baba: Hazırda Nigeriyada mənzil çatışmazlığı 28 milyon vahid təşkil edir

    Hazırda Nigeriyada mənzil çatışmazlığı 28 milyon vahid təşkil edir.

    Bu sözləri Nigeriyanın “Family Homes Funds Limited” şirkətinin idarəedici direktoru və baş icraçı direktorunun texniki müşaviri Ahmed Baba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatında çıxışı zamanı deyib.

    O bildirib ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu göstərici 100 milyondan çox insanın mənzil problemi ilə üzləşməsi deməkdir.

    “Bu rəqəmin Cənubi Afrika və Qananın ümumi əhalisinə bərabər olduğu vurğulanıb. Bildirilib ki, Nigeriyada ipoteka kreditlərinin ÜDM-ə nisbəti 1 faizdən də azdır. Mənzil maliyyələşdirilməsi üzrə faiz dərəcələri isə 20-32 faiz arasında dəyişir ki, bu da vətəndaşların əlçatan mənzil əldə etməsini çətinləşdirir.

    Mütəxəssislər qeyd ediblər ki, mövcud maliyyə çatışmazlığı mənzil sektorunun bütün dəyər zəncirinə təsir göstərir. Bu səbəbdən risklərin düzgün idarə olunmasına və maliyyə mexanizmlərinin daha dəqiq qurulmasına əsaslanan yeni maliyyə arxitekturasının formalaşdırılması vacib hesab olunur”,- deyə o əlavə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ