Sizin reklam burada
Sizin reklam burada
  • Nazir müavini: Orta Dəhliz Azərbaycan-Tacikistan əlaqələrinin daha da inkişaf etməsinə əlavə imkanlar yaradır

    Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır.

    Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan-Tacikistan biznes-forumunun açılışında çıxışı zamanı deyib.

    O bildirib ki, Tacikistan ilə Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq əlaqələrini davam etdirir.

    “Ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq edir. Zəngəzur dəhlizi dünya iqtisadiyatı ilə inteqrasiya olunmaq üçün də əlavə imkanlar yaradır. Ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, tranzit sahələrində sıx əməkdaşlıq üçün geniş imkanlar var və bunları inkişaf etdirmək tərəflər üçün iqtisadi baxımdan səmərəli olar”, - deyə nazir müavini vurğulayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ