Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinqlər zamanı fitosanitar müfəttişlər tərəfindən bağlara baxış keçirilib, sirayətlənmə əlamətləri olan meyvə ağaclarından nümunələr götürülərək xəstəlik və zərərvericilərin təyinatı məqsədilə AQTİ-nin müvafiq laboratoriyalarına təqdim edilib. Müayinələr nəticəsində karantin tətbiq edilən zərərli orqanizm müəyyən olunmayıb.
Eyni zamanda, əməkdaşlar tərəfindən təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.
