Keniya nümayəndəsi: Müasir şəhərsalma prosesi çərçivəsində iqlim dəyişmələrinə adaptasiya vacibdir
İqtisadiyyat
18-05-2026, 10:58
45
Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) sürətli urbanizasiya prosesi, şəhərlərdə dayanıqlı həyat tərzinin formalaşması, mənzil əlçatanlığı, inklüziv yanaşma kimi aktual mövzuların müzakirəsi baxımından çox əhəmiyyətlidir.
Bunu WUF13-də iştirak edən Keniya nümayəndəsi Sandra Syuzan Nyavira deyib.
"Düşünürəm ki, müasir şəhərsalma prosesi çərçivəsində yaşayış məntəqələri salınarkən dayanıqlı və ekoloji standartların tətbiqi, eləcə də iqlim dəyişmələrinə adaptasiya vacibdir", - deyə Keniya nümayəndəsi bildirib.