Sizin reklam burada
Sizin reklam burada
  • Malayziyalı nazir: Münasib və adekvat mənzil təminatı insanların rifahı üçün əsas şərtlərdən biridir

    Ümumdünya Şəhərsalma Forumu urbanizasiya və dayanıqlı şəhər inkişafı ilə bağlı qlobal gündəliyin müzakirəsi üçün olduqca vacib platformadır.

    Bunu jurnalistlərə açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramı Assambleyasının prezidenti Kor Minq Nqa deyib.

    O vurğulayıb ki, dünyada sürətli urbanizasiya prosesi davam etdiyi bir vaxtda heç kəs və heç bir məkan diqqətdən kənarda qalmamalıdır. Nazir qeyd edib ki, münasib və adekvat mənzil təminatı insanların rifahı üçün əsas şərtlərdən biridir.

    Kor Minq Nqa bildirib ki, ev yalnız kərpic və divarlardan ibarət deyil, o, insanların ümid və arzularının formalaşdığı məkandır. Onun fikrincə, mənzillər münasib qiymətli, əlçatan, yaxşı nəqliyyat əlaqələrinə malik olmalı və sağlam icma mühiti yaratmalıdır.

    Nazir əlavə edib ki, yalnız bu prinsiplər əsasında hər kəs üçün əlçatan və inklüziv şəhərlər qurmaq mümkündür.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ