Hesabat dövründə ölkədə 29,7 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 4,6 faizi tikinti sahəsində istehsal edilib. Hesabat dövründə emal sektorunda tikinti materiallarının istehsalı 12,4 faiz artıb. Əsas kapitala yönəldilmiş investisiyanın 510,4 milyon manatı (12,6 faizi) yaşayış evlərinin tikintisinə sərf edilib.
Aprelin 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 6,5 faizi tikinti sahəsində məşğul olub.
