Bu barədə "PAŞA Kapital"ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev "PAŞA Bank"ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərin abunə yazılışına başlaması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, təmsil etdiyim qurumun anderrayter kimi iştirak etməsi məsuliyyətin və etimadın təcəssümüdür.
“Bu layihə investorlara yeni üfüqlər açır. Bu, həmçinin bazarda keyfiyyət meyarlarının daha da möhkəmlənməsidir. "PAŞA Kapital" olaraq məqsədimiz bazarda etimadın yüksəldilməsi, investorlarla uzunmüddətli münasibətlər qurmaqdır".
"Unicapital"ın baş direktoru Vüqar Namazov isə bildirib ki, kapital bazarları institutlar ona etibar edəndə böyüyür: “Bu gün biz o güvənin şahidi oluruq. Güclü emitent güclü bazar deməkdir. Bu gün biz güclü emitentin güclü bazar formalaşdırması məqsədləri ilə önə çıxmışıq. Strateji inkişaf strateji məqsədlərin investorlara bölüşdürülməsi deməkdir. Biz 20 ilə yaxındır ki, 33 filial, 1 milyondan çox müştəri bazarı ilə müştərilərimizə xidmət edirik və anderrayter həmkarlarımızın yanındayıq".
