Sizin reklam burada
Sizin reklam burada
  • Yanvar-fevral aylarında nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib

    Cari ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib.

    Azərbaycan Respublikası Mərkəzi Bankından (AMB) bildirilib ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27,7 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.

    Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 faiz artaraq 11,7 milyard dollara çatıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ