Bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey brifinqdə bildirib.
Səfir qeyd edib ki, “İki sessiya” zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin sosial-iqtisadi inkişaf və insanların rifahının yaxşılaşdırılması sahələrini müəyyən etmək üçün deputatlar və komitə üzvləri ilə çoxsaylı görüş və müzakirə keçirib. Baş nazir Li Çian hökumətin fəaliyyəti haqqında hesabat təqdim edib, xarici işlər naziri Van Yi isə Çin və xarici jurnalistlərin ölkənin xarici siyasəti ilə bağlı suallarını cavablandırıb.
Lu Mey vurğulayıb ki, Ümumxalq Xalq Nümayəndələri Konqresi 15-ci Sosial və İqtisadi İnkişaf üzrə Beşillik Planının əsas müddəalarını təsdiqləyərək dünyaya Çinin inamlı və sabit inkişafını nümayiş etdirib.
