Sizin reklam burada
Sizin reklam burada
  • Coşqun Məmmədovun AZƏRBAYCANDA BƏRPA OLUNAN ENERJİ MÜƏSSİSƏLƏRİNİN İNKİŞAFININ STİMULLAŞDIRILMASI adlı monoqrafiyası işıq üzü gördü

    Monoqrafiyada bərpa olunan enerji müəssisələrinin inkişaf istiqamətləri və bu prosesi dəstəkləyən təşviq siyasətinin iqtisadi, institusional və idarəetmə mexanizmləri sistemli şəkildə tədqiq olunur. Müəllif bərpa olunan enerji sektorunun formalaşmasının milli iqtisadiyyat üçün strateji əhəmiyyətini əsaslandırır, mövcud stimullaşdırma alətlərinin effektivliyini qiymətləndirir və inkişafın davamlılığını təmin edən yeni iqtisadi modellər irəli sürür.
    Monoqrafiya enerji siyasəti, iqtisadi inkişaf və ekoloji idarəetmə sahəsində fəaliyyət göstərən mütəxəssislər, alimlər, doktorantlar, magistrlər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

    Qeyd edək ki, yeni nəşrin elmi redaktoru i.e.d., professor Fərhad Rəhmanov, rəyçilər i.ü.f.d., dosent Allahyar Muradov və i.ü.f.d., dosent Sədaqət İbrahimovadır. Naşir f.ü.f.d. Səbuhi Qəhrəmanov, məsul redaktor f.ü.f.d. Töhfə Talıbova, nəşriyyat redaktoru Maral Poladova, texniki redaktor Rəşid Kərimli, korrektor Zərin Vəliyeva və bədii tərtibatçı İsa Məmmədlidir.
    Monoqrafiya “Elm” nəşriyyatında çap edilib.

    Bəradər Səməndərli
    "Atribut" qəzeti və "atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ