Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi regionlarda yüksək sürətli internetə çıxışın genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və ümumilikdə ölkənin rəqəmsal transformasiyasının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu gün hər biriniz üçün maraqlı, faydalı və nəticəyönümlü təlim proqramı təqdim olunur. Məqsəd media nümayəndələrinin materiallarını və araşdırmalarını daha təfərrüatlı, əsaslandırılmış şəkildə hazırlamasına dəstək verməkdir”, - deyə R.Bayramov əlavə edib.
