“Azneft”: İstehsalat sahələrində təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb
İqtisadiyyat
4-02-2026, 12:11
70
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
SOCAR-dan bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.