Bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu illik əsasda 19,8-20 faiz artım deməkdir.
“Strateji valyuta ehtiyatlarının ümumi həcmi 85,1 milyard dollar səviyyəsində formalaşıb. AMB-nin ehtiyatları 11,5 milyard dollar səviyyəsinə çatıb”, - deyə o bildirib.
