AMB-dən bildirilib ki, görüş çərçivəsində İslam maliyyəsinin inkişafı, bu istiqamət üzrə məhsul çeşidinin genişləndirilməsi, eləcə də institusional əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı, həmçinin Mərkəzi Bank tərəfindən təsdiqlənmiş “2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
