Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, tədbirdə ICAO-nun ətraf mühit strategiyası, dövlətlərin emissiyaların azaldılması üzrə fəaliyyət planları təqdim olunur, bu sahədəki son yeniliklər müzakirə edilir.
İclas ətraf mühitin mühafizəsinə dair ICAO-nun Uzunmüddətli Arzuolunan Məqsədlərə nail olmağa yönələn proqramının həyata keçirilməsində dövlətlər və digər maraqlı tərəflər üçün təcrübə mübadiləsində platforma rolunu oynayır.
Üç gün davam edəcək tədbirdə, həmçinin ICAO-nun beynəlxalq aviasiyada karbon emissiyalarının kompensasiyası və azaldılması, dayanıqlı aviasiya yanacağı strategiyaları və digər aktual məsələlər diqqət mərkəzində olacaq.
