“Ən Böyük Qlobal İrəliləyiş” mükafatı Azərbaycanın innovasiya siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib. “StartupBlink”in hesabatında qeyd edilir ki, İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu and startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib. Bundan əlavə, İRİA-nın innovasiya sahəsində liderliyi və dayanıqlı startap ekosistemi quruculuğu vurğulanıb.
Qeyd edək ki, “StartupBlink Startup EcosystemAwards” hər il dərc edilən və “StartupBlink” platformasının qlobal alqoritmlərə əsaslanan innovasiya reytinqidir. Builki reytinqdə 18 ölkə arasından 40 parametr əsasında seçilmiş 22 ekosistem mükafatlara layiq görülüb.
