Sizin reklam burada
Sizin reklam burada
  • Sədr müavini: Dövlət xidmətləri tam kağızsız formada təqdim edilməlidir

    Hazırda Azərbaycanda qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası çərçivəsində dövlət, biznes və vətəndaş cəmiyyəti üçün rəqəmsal transformasiya və innovativ xidmətlərin təqdimatı prioritetdir.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev “Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

    “Rəqəmsal hökumət yalnız “ağıllı şəhər” və ya “ağıllı kənd” konsepsiyası ilə məhdudlaşmır. Dövlət xidmətləri tam kağızsız formada təqdim edilməli, məlumatların qorunması və qərar qəbuletmə mədəniyyəti formalaşdırılmalıdır. Eyni zamanda, özəl sektor dövlət məlumatlarından istifadə edərək xidmətlərini optimallaşdırmalı və rəqəmsal transformasiyasını həyata keçirməlidir. Bütün ekosistemdə kibertəhlükəsizlik əsas komponent kimi nəzərə alınmalıdır”, – deyə Şahin Əliyev bildirib.

    Ş.Əliyev əlavə edib ki, rəqəmsal hökumət arxitekturasının yaradılması üçün işçi qruplar formalaşdırılıb, dövlət və özəl sektorda kibertəhlükəsizlik standartlarının qiymətləndirilməsi və vahid arxitekturaya inteqrasiya üçün tədbirlər görülür.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ