Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, iclasda işçi qrupunun 2025-cü ilin ötən dövrü üzrə fəaliyyət planının müvafiq bəndlərinin və verilmiş tapşırıqların icra vəziyyətinə, eləcə də müvafiq reytinq hesablarında ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı məsələlərə dair müzakirələr aparılacaq.
İclasda işçi qrupa üzv olan dövlət orqanlarının, eləcə də özəl və beynəlxalq şirkətlərin məsul şəxsləri iştirak edəcəklər.
