İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verilir ki, görüşdə Azərbaycanın Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinə töhfəsi, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. Tərəflər energetika sektorunda birgə layihələrin həyata keçirilməsi, ticarət, investisiya, sənaye, infrastruktur sahələrində əməkdaşlıq potensialından istifadə ilə bağlı məsələləri müzakirə ediblər.
