Atributinfo.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 45 min 669 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 711 milyon 967 min 541 manatdır.