Sizin reklam burada
Sizin reklam burada
  • Naxçıvanda vergi daxilolmaları 38 faiz artıb

    Naxçıvanda vergi daxilolmaları 38 faiz artıb Atributinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir.
    Bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilir.
    Bildirilib ki, 2023-cü ilin 7 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 90,7 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 38 faiz və ya 25 milyon manat çoxdur.
    Qeyd edilib ki, Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə, 46,4 faiz və ya 28,1 milyon manat artıb.
    Əlavə edilib ki, bu ilin iyul ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 49,1 faiz və ya 4,9 milyon manat artım qeydə alınıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ