Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 faizinə bərabərdir.
Xatrıladaq ki, 2023-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15479,9 milyon manat, xərcləri 14063,3 milyon manat olub, 1416,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147,7 milyon manat və ya 11,6 faiz çoxdur.
Hüseynbala Həsən
/atributinfo.az/
