Sizin reklam burada
Sizin reklam burada

Deputat Vahid Əhmədov lirənin ucuzlaşmasının manata təsirindən danışıb

Deputat Vahid Əhmədov lirənin ucuzlaşmasının manata təsirindən danışıb İqtisadçı deputat Vahid Əhmədov bildirib ki, Türkiyə əsas ticarət tərəfdaşımızdır. Həmçinin, qardaş dövlətdir. Lirənin ucuzlaşması Türkiyə iqtisadiyyatına müəyyən qədər ziyan vurur. Lirənin ucuzlaşması manata ciddi təsir etməyəcək.
Lirənin ucuzlaşmasının səbəblərinə gəlincə, Milli Məclisin üzvü qeyd edib ki, buna müəyyən siyasi qərarlar öz təsirini göstərir.
"Ola bilər ki, kənardan müəyyən müdaxilələr var və s. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə Xəzinə və Maliyyə naziri Lütfi Elvan vəzifədən azad edilib. Onun yerinə Nureddin Nebati təyin edilib. Tədbirlər həyata keçiriləcək ki, lirə əvvəlki vəziyyətinə qayıtsın.Türkiyə bizim əsas qardaş dövlətimizdir. Türkiyənin sabitliyi bizim üçün çox vacibdir".
Qeyd edək ki, türk lirəsi növbəti dəfə ucuzlaşıb və bir dollar 14 lirə səviyyəsini keçərək antirekordu yeniləyib. Valyuta birjasında bazar ertəsi başlayan hərracların məlumatlarına əsasən, hazırda məzənnə 14,5-14,8 lirə arasında dəyişir. Ötən həftə birjalarda həftəsonu 1 dollar 13,85 lirəyə bağlanmışdı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ