Sizin reklam burada
Sizin reklam burada
  • Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək

    Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019-cu il tarixlərində əlavə qatar təyin ediləcək.
    Bakıdan 10 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaqdır.
    Bakıdan və Gəncədən 13 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və Bakıya saat 22:45-də çatacaqdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ