Sizin reklam burada
Sizin reklam burada
  • Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb


    Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində növbəti oyununu keçirib.

     Mingəçevir təmsilçisi Şimali Makedoniyanın “Çair” kollektivi ilə cavab qarşılaşmasında üz-üzə gəlib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüşdə meydan sahibləri rəqibə 21:32 hesabı ilə məğlub olublar. Komandalar arasında noyabrın 13-də keçirilən ilk qarşılaşma da Şimali Makedoniya təmsilçisinin 27:24 hesablı qələbəsi ilə başa çatmışdı.

    Bununla da “Kür” Avropa Kubokunda mübarizəni dayandırıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ