Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb


    Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında Dünya çempionatında Azərbaycan gimnastı Ammar Baxşalıyev tarixi nailiyyətə imza atıb.

    Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, fərdi proqramda mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində 54.850 xal toplayaraq 6-cı pillədən finala yüksəlib.

    Həlledici mərhələdə uğurlu çıxışını davam etdirən Ammar Baxşalıyev 55.450 xal toplayaraq bürünc medalın sahibi olub. Yarışda qızıl medalı Yaponiya, gümüş medalı isə Türkiyə təmsilçisi qazanıb.

    Bu nəticə Azərbaycan batut gimnastikası tarixində əlamətdar hadisə kimi yadda qalıb. Belə ki, Ammar Baxşalıyev gənclər arasında Dünya çempionatında fərdi proqramda medal qazanan ilk azərbaycanlı batut gimnastı olub.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ