Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək.
Famil Xəlilovun başçılıq etdiyi komanda günün ilk matçında İsraillə, son görüşdə isə Haiti seçməsi ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq, saat 11:30-da və 18:15-də başlayacaq. Hər iki qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında olacaq.
Qeyd edək ki, AF qrupunda yer alan Azərbaycan millisi 3 oyundan sonra 6 xalla Haiti ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.
Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq.
