Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

    Azərbaycanın taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-Prisində iştirak edəcək.

    Taekvondo Federasiyasından bildirilib ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa yollanan idmançı 58 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. O, oktyabrın 9-da tatamiyə çıxacaq.

    Bu gün start götürəcək və oktyabrın 11-dək davam edəcək Qran-Pri turniri Olimpiadaya reytinq xalları qazandırır.

    Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yarışda Azərbaycanı təmsil edir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ