Sizin reklam burada
Sizin reklam burada
  • Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb


    Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

    Azərbaycan Boks Federasiyasından bildirilib ki, yarışın beşinci günündə milli komandanın daha 3 idmançısı 1/4, 2-si 1/2 finala vəsiqə qazanıb.

    Nihad Məmmədli (48 kiloqram) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmada Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

    İsmayıl Nəsirzadə (52 kiloqram) də rinqdən qalib ayrılıb. Təmsilçimiz Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək.

    Məhəmmədəli İstamov (57 kiloqram) Martin Donovandan (İrlandiya) güclü olub. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək.

    Səma Abbasova (66 kiloqram) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) qüvvəsini sınayıb. Boksçumuz döyüşün taleyini ikinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək. Xumar Cəfərli (+80 kiloqram) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb. Boksçumuz 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Avropa çempionumuz yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək.

    Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Beləliklə, 1/4 finala vəsiqə qazanan boksçularımızın sayı 11-ə yüksəlib.

    Qeyd edək ki, yarışda 1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da olacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ