Sizin reklam burada
Sizin reklam burada
  • “Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır


    "Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun təsnifat mərhələsində cavab oyununu keçirəcək.

     Azərbaycan təmsilçisi Estoniyada "Parnu" komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

    "Ağ-qaralar" Bakıdakı ilk matçda 80:67 hesablı qələbə qazanıb.

    Qeyd edək ki, bu cütün qalibi Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ