Bu sözləri “Qarabağ”ın futbolçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyunundan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib.
Hücumçu komanda olaraq, heç vaxt inamı itirmədiklərini bildirib: "Çünki belə çətin məqamlarda xarakter nümayiş etdirdiyimiz anlar az olmayıb".
O, pley-off mərhələsində rəqibləri olan Niderland "Tvente"si barədə də fikirlərini bölüşüb: “Növbəti oyunda meydana əsas heyətdə çıxmağa çalışacağam. Hər gün öz üzərimdə işləyir, inkişaf etməyə çalışıram. İnşallah, baş məşqçimiz şans verəcəyi təqdirdə, özümü doğrultmağa çalışacağam”.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən “Dinamo”nu 2:1 hesabı ilə məğlub edərək, UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi Niderlandın "Tvente" komandası olacaq. Pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.
