Sizin reklam burada
Sizin reklam burada
  • “Borussiya” Yunanıstan millisinin futbolçusunu transfer edib

    Almaniyanın “Borussiya” (Dortmund) klubu Yunanıstan milli komandasının futbolçusu Konstantinos Karetsasın transferini açıqlayıb.

    18 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund təmsilçisinə Belçikanın “Genk” klubundan keçib. Tərəflər arasında 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

    “Transfermarkt” portalının məlumatına görə, “Borussiya” klubu bu transfer üçün 30 milyon avro ödəyib.

    Qeyd edək ki, Konstantinos Karetsas ötən mövsüm “Genk”in heyətində keçirdiyi 49 oyunda 3 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, Yunanıstan milli komandasında isə 3 qola imza atıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ