Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb

    Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çinin “Pardus MK” komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində uğurla çıxış edib.

    Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, ikigünlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan təmsilçimiz növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.

    Qeyd edək ki, Viktoriya Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ