Sizin reklam burada
Sizin reklam burada
  • Mahir Emreli Polşa klubunda 2-ci qolunu vurub

    Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" klubunda 2-ci qolunu vurub.

    29 yaşlı hücumçu Ekstraklasanın II turunun "Şlyonsk"la səfər oyununda fərqlənib.

    Forvard matçın 60-cı dəqiqəsində hesabı açıb. Qapıçı ilə üzbəüz qalan futbolçu onu da geridə qoyaraq topu boş qapıdan keçirib.

    Qeyd edək ki, Mahir Emreli "Rakuv"un heyətində ilk qolunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə matçda vurub. Azərbaycanlı futbolçu Polşa klubuna bu yay Almaniyanın "Kayzerslautern" klubundan icarə əsasında keçib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ