"Atributinfo.az" xəbər verir ki, Azərbaycan Karate Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Ulvi Quliyevin başçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin karateçiləri ilə yanaşı,Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyanı təmsil edən komandaların tərkibində ümumilikdə 600 idmançı iştirak edib.
Turniri yerli və xarici mütəxəssislərdən ibarət 32 nəfərlik hakimlər heyəti idarə edib. Hakimlər heyətində 12 beynəlxalq dərəcəli hakim təmsil olunub.
Qeyd edək ki, turnir Azərbaycanda karatenin inkişafına, yeniyetmə və gənclərin vətənpərvər və yüksək mənəvi ruhda yetişdirilməsinə , perspektivli idmançıların müəyyənləşdirilməsi və beynəlxalq idman əməkdaşlığının genişləndirilməsinə xidmət edir.
Tədbirin açılış mərasimində şəhid ailə üzvləri və qazilər, Milli Məclisin deputatları və Gəncə şəhəri icra hakimiyyətinin rəhbərliyi, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bəradər Səməndərli
"Atributinfo.az"
