Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın çimərlik voleybolçuları Latviyada bürünc medal qazanıblar

    Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub.

    Azərbaycan çempionatda həm oğlan, həm də qız komandaları ilə təmsil olunub.

    Oğlanların yarışında İbrahim Məmmədov və Məhəmməd Aslanlıdan ibarət cütlük 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

    Təmsilçilərimiz üçüncü yer uğrunda görüşdə Latviya yığmasını 2:1 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

    Qızların mübarizəsində isə Səbinə Əlizadə və Leyla Əliyevadan ibarət cütlük 27 komanda arasında yarışıb. Azərbaycan təmsilçiləri turniri 12-ci pillədə başa vurublar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ