Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

    Futbol üzrə dünya çempionatında Argentina və İsveçrə yığmaları arasında oyun keçirilib.

    “Kanzas Siti” stadionunda keçirilən 1/4 final mərhələsində Cənubi Amerika təmsilçisi hesabı açıb - 1:0. Oyunun 10-cu dəqiqəsində Aleksis Makallister fərqlənib.

    İkinci hissədə İsveçrə yığması hesabı bərabərləşdirib - 1:1. Oyunun 67-ci dəqiqəsində Dan Ndoye fərqlənib.

    Oyunun əsas hissəsində qalib müəyyənləşməyib. Ayrılmış əlavə vaxtda, oyunun 112-ci dəqiqəsində Julian Alvarez Argentina yığmasını irəli çıxarıb - 2:1. Daha sonra oyunun 120+1 dəqiqəsində Cənubi Amerika təmsilçisi daha bir qələbə qazanıb - 3:1. Argentina komandasında Lautaro Martines fərqlənib.

    Beləliklə, Argentina yarımfinala vəsiqə qazanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ