Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan boksçusu: Əsas hədəfim Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır

    Əsas hədəfim Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır.

    Bu sözləri Bakıda keçirilən IBA Çempionlar Gecəsində filippinli Riçard Qardanı nokautla məğlub edən Azərbaycan boksçusu, dünya çempionu Sübhan Mamedov deyib.

    47,6 kiloqram çəki dərəcəsində çıxış edən idmançı qələbəsini dəyərləndirərək nəticədən məmnun qaldığını bildirib: “Şükürlər olsun ki, nəticə də yaxşı oldu. Gecənin əsas döyüşündə iştirak etdim və görüşü nokautla başa vurdum. Məşqçilər heyətinə, federasiya rəhbərliyinə və bizi dəstəkləməyə gələn bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, növbəti yarışlarda da onları sevindirəcəyik”.

    S.Mamedov növbəti hədəfinin sentyabr ayında keçiriləcək Avropa çempionatı olduğunu vurğulayıb: “Hazırda bütün hazırlığımız həmin yarışa yönəlib. İnşallah, oradan da qızıl medalla Vətənə qayıdacağıq”.

    Boksçu həvəskar və peşəkar boks arasındakı fərqlərdən də danışıb: “Əslində, böyük fərq yoxdur. Sadəcə, peşəkar boksda raundların sayı daha çoxdur. Buna görə hazırlıq prosesi də daha çətin keçir”.

    Gələcəkdə peşəkar boksa keçmək istədiyini də bildirən dünya çempionu əsas məqsədinin Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu vurğulayıb: “Əlbəttə, belə bir fikrim var. Amma əsas hədəfim Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır. İnşallah, həmin məqsədə çatdıqdan sonra peşəkar boksa keçməyi düşünəcəyəm”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ