Sizin reklam burada
Sizin reklam burada
  • İslandiya millisinin keçmiş baş məşqçisi: "Qarabağ" bu cütün aşkar favoritidir

    "Qarabağ" bu cütün aşkar favoritidir.

    Bu sözləri 2020-2023-cü illərdə futbol üzrə İslandiya millisinin baş məşqçisi olmuş Arnar Vidarsson UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Vestri" komandaları arasında keçiriləcək oyunla bağlı danışarkən deyib.

    Mütəxəssis Azərbaycan təmsilçisini cütün aşkar favoriti hesab etdiyini bildirib: "Vestri" İslandiyanın Qərb fiyordlarında yerləşən, ölkənin ən ucqar və az əhalisi olan bölgələrindən biri - İsafyordur şəhərinin çox kiçik klubudur. Komanda cəmi bir neçə min nəfərin yaşadığı icmanı təmsil edir. Onlar 2025-ci ildə İslandiya Kubokunu qazandıqları üçün tarixlərində ilk dəfə avrokuboklarda iştirak edirlər. Bu, İslandiya futbolu üçün çox gözəl uğur hekayəsidir. Lakin təcrübə, oyun keyfiyyəti, maliyyə imkanları və avrokubok təcrübəsi baxımından iki klub arasında çox böyük fərq var".

    Arnar Vidarsson "Qarabağ"ın uzun illərdir UEFA turnirlərində uğurla çıxış etdiyini xatırladıb: "Vestri" isə indiyədək Avropa kuboklarında bir oyun belə keçirməyib. Əlbəttə, futbolda sürprizlər mümkündür, xüsusilə də təsnifat mərhələlərində. Amma iki oyunun nəticəsinə əsasən, "Qarabağ"ın ciddi çətinliklə üzləşəcəyini düşünmürəm. Fikrimcə, Azərbaycan klubu növbəti mərhələyə asanlıqla yüksələcək".

    O, "Vestri"nin avrokuboklara vəsiqə qazanmasının klub və şəhər üçün böyük hadisə olduğunu da vurğulayıb: “Belə kiçik şəhər və klub üçün bu, əlamətdar hadisədir. Əminəm ki, onlar bu tarixi fürsətin hər anından zövq almağa çalışacaqlar".

    Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Matçı moldovalı baş hakim Roman Jitari idarə edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ