Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

    Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

    F qrupunda yer alan yığma Avstriya seçməsi ilə qarşılaşıb. "Tipos Arena"da oynanlan qarşılaşma komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu ikinci hissədə İsa Atayev vurub.

    Qeyd edək ki, Azərbaycan minifutbol millisi qrupda növbəti matçlarını mayın 29-da İtaliyaya, 30-da isə Fransaya qarşı keçirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ