"Kyokuşin (Kay) Senşi Karate" üslubu üzrə karate turniri keçirildi
İdman
18-05-2026, 12:12
59
Ötən gün paytaxt Bakıda Azərbaycan Karate Federasiyasının təşkilatçılığı və Federasiyasının Prezidenti,15 saylı Yasamal birinci seçki dairəsindən seçilən Milli Məclisin deputatı Ülvi Quliyevin iştirakı ilə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, mərhum Mirəli Seyidovun əziz xatirəsinə həsr olunmuş "Kyokuşin (Kay) Senşi Karate" üslubu üzrə karate turniri keçirildi.
"Atributinfo.az" xəbər verir ki, turnirdə ümumilikdə 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparırdı. Yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən klubların karateçiləri iştirak etdi. Sonda qaliblər müvafiq qaydada mükafatlarla təltif olundular.