VI çağırış Milli Məclisin deputatı, əziz dostum İltizam Yusifovun gəlişi ovqatımı daha da xoş etdi; olandan, keçəndən xeyli söhbət etdik, müəyyən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Sonra kitablarımı vərəqələrdi, fərqli mövzularda yazdığım şeir nümunələri diqqətini cəlb etdi və hərəsindən birini şəxsi kitabxanası ücün götürdü, hələ məni hədiyyəsiz də qoymadı İltizam müəllim. Var olsun!
Bu arada daha bir dostum-həmkarım, "Newcenter.az" saytının rəhbəri, parlament jurnalisti Süleyman İsmayılbəyli gəlib çıxdı. Var olsun, məni deyib gəlmişdi... Dostlarla xatirə şəkli çəkdirməyi də unutmadıq!
P.S. Fealstivalın araya-ərsəyə gəlməsində, xüsusən şair və yazıçılara bu cür münbit şəraitin yaradılmasında başda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, hörmətli Anar Rzayevə, Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xəyal Rzaya və digər əməyi keçən şəslərə öz təşəkkürümü bildirirəm!
Bəradər Səməndərli
Şair-jurnalist,
"Atributinfo.az"
