Sizin reklam burada
Sizin reklam burada
  • Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

    Premyer Liqada çıxış etmək uğrunda pley-off matçının təyinatları açıqlanıb.

    Peşəkar Futbol Liqasından verilən məlumata görə, həlledici görüşü Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev, Asiman Əzizli və İnqilab Məmmədov kömək edəcəklər.

    VAR-da Rəvan Həmzəzadə, köməkçisi isə Teymur Teymurov olacaq.

    Mayın 28-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da reallaşacaq qarşılaşma saat 18:30-da başlayacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ