Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın 3x3 basketbol millisi “Paris-2024”ə vəsiqə qazanıb

    Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığması tarixi uğura imza atıb.
    İdman.biz-ə istinadən xəbər veririk ki, komandamız Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirindəki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
    Komandamız bu gün öncə yarımfinalda Macarıstanla qarşılaşıb. B qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolkerdən ibarət yığmamız finala gedən yolda rəqibini 21:19 hesabı ilə məğlub edib.
    Basketbolçularımız finalda Polşa yığması ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni rəsmiləşdirib.
    Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də komanda idman növündə ilk dəfə təmsil olunacaq.
    Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15.
    Olimpiya Təsnifat Turniri
    Yarımfinal
    Macarıstan - Azərbaycan - 19:21
    Niderland - Polşa - 12:20
    Final
    Azərbaycan - Polşa - 18:17 (OT)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ