Sizin reklam burada
Sizin reklam burada
  • Dünyanın idman ulduzlarının yeni reytinqi

    "Hopper HQ" şirkəti 2023-cü ilin nəticələrinə əsasən dünyanın idman ulduzlarının reytinqini açıqlayıb.
    İlk "5-liy"ə 3 futbolçu daxil olub.
    Birinci yerdə “Əl-Nəsr”in ulduz forvardı Kriştiano Ronaldodur. İkinci yerdə "İnter Mayami"nin hücumçusu Lionel Messi qərarlaşıb. Hindistanlı kriketçi Virat Kohli üçüncü yerdədir . Şirkət “Əl-Hilal”ın hücumçusu Neymarı 4-cü pillədə yerləşdirib . Beşinci yerdə "Los-Anceles"in basketbolçusu Lebron Ceymsdir.
    Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldo "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 23 qol vurub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ