Sizin reklam burada
Sizin reklam burada
  • Konfrans Liqası: “Beşiktaş” növbəti dəfə uduzub, “Fiorentina” və “Ayntraxt”dan darmadağın

    Oktyabrın 26-da UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunun oyunları keçirilib.
    Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Norveçin “Budo-Qlimt” kollektivinə məğlub olub – 1:3.
    İtaliyanın “Fiorentina” klubu öz meydanında “Çukariçki”ni 6:0 hesabı ilə darmadağın edib. Almaniya “Ayntraxt”ı isə HİK-i eyni hesabla məğlubiyyətə uğradıb – 6:0.
    İngiltərənin “Aston Villa” klubu isə səfərdə “AZ Alkmaar”ı 4:1 hesabı ilə məğlub edib.
    Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
    “Balkani” – “Astana” – 1:2
    “Gent” – “Breydablik” – 5:0
    “Klaksvik” – “Olimpiya” – 3:0
    “Lill” – “Slovan Bratislava” – 2:1
    “Luqano” – “Brügge” – 1:3
    “Aberdin” – PAOK – 2:3
    “Dinamo Zaqreb” – “Plzen” – 0:1
    “Genk” – “Ferentsvaroş” – 0:0
    “Spartak Trnava” – “Norşelland” – 0:2
    “Jrinski” – “Legiya” – 1:2.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ