Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan millisi Belçika yığmasını qəbul edəcək - AFİŞA

    Atributinfo.az xəbər verir ki, Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.
    Yyığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.
    Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar.
    Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.
    AVRO-2024-ün seçmə mərhələsi
    V tur
    F qrupu
    17:00. Azərbaycan – Belçika
    Baş hakim: Nenad Minakoviç (Serbiya)
    Bakı, “Dalğa Arena”
    Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ