Sizin reklam burada
Sizin reklam burada
  • “Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib

    Atributinfo.az xəbər verir ki, yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.
    "Qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib.
    İyirmi doqquz yaşlı qolkiperlə birillik müqavilə imzalanıb.
    Rəşad Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib. Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Futbolçu U-17 və U-19 yığmalarının şərəfini qoruyub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ