Azərbaycan Qızıl Aypara Cəmiyyəti Saatlı rayon bölməsinin təşkilatçılığı ilə imkansız ailələrin övladlarına Astara rayonunda keçirilən Azərbaycan Budo Döyüş Növləri üzrə Klublararası Açıq çempionatında iştirakları üçün köməkliklər olunmuşdur. Azərbaycan Budo Döyüş Növləri Federasiyasının Astara rayonunda keçirilən Budo Döyüş Növləri üzrə Klublararası Açıq çempionatında 6 yaşlı Quliyev Vidadi, 13 yaşlı Ağazadə Məhəmməd, 9 yaşlı Quliyev Adil, 9 yaşlı Quliyev Natiq qalib olaraq "SABAKİ CİTSU, KƏMƏR" almaqla l yeri tutmuşlar. Hər bir idmançımızı təbrik edirik, gələcək çempionatlarda da daha yüksək uğurlar qazanmaqlarını arzulayırıq. Zahir Məmmədov "Atributinfo.az"