Sizin reklam burada
Sizin reklam burada

Bu gün əsas məsələ mövcud idman qurğularını işlətmək, maksimum istifadə etmək və qorumaq lazımdır

Bu gün əsas məsələ mövcud idman qurğularını işlətmək, maksimum istifadə etmək və qorumaq lazımdır İltizam Yusifov
millət vəkili

Dünən keçirilən tədbirlə əlaqədar mövzunu davam etdirərək bildirirəm ki, şəhər əhalisinin böyük dəstəyini gördüm, hiss elədim və buna görə də sizin hər birinizə də təşəkkür edirəm.
Mənə bir daha aydın oldu ki, doğrudan da insanlarımız düzgün düşünür, ölkə başçısının da vurğuladıgı kimi gözəl gənclərimiz yetişib və yetişir.
Məlumat üçün deyim ki, sonra biz Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında olduq. Orada da insanların istirahəti, gənclərin idmanla məşğul olmaları üçün meydançalar, velosiped sürmələri üçün şərait və bütün yaradılacaq istirahət guşələri barədə müzakirələr apardıq.
Bilirsiniz ki, bu günlərdə şəhərimizdə Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün "Elektron tablonun" açılışı oldu. Məlumat üçün deyim ki, Məhəmməd Füzuli adına parkda 44 günlük tarixi Vətən müharibəsinə həsr edilmiş möhtəşəm bir abidə, ZƏFƏR abidəsi də qoyulacaqdır. Artıq işlərin əsas hissəsi görülüb. Hesab edirəm ki, Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkın şəhərimiz üçün möhtəşəm bir məkan olaraq yaxın gələcəkdə sizlərin həmçinin şəhərimizin qonaqlarının istifadəsinə veriləcəkdir.
Daha sonra “Şəhər stadionu”nunda olduq, stadionun son vəziyyət ilə yerində tanış olduq. Stadionun vəziyyəti göz qabağındadır. Bilirsiniz ki, tikintisi müəyyən səbəblərdən 13-14 ildir yarımçıq qalıb. Məsələ ilə bağlı fikir mübadiləsi, məsləhətləşmələr oldu. Bununla yanaşı hesab edirəm ki, indiki zamanda insanlarımızın, bizim hər birimizin bu məsələyə münasibəti obyektiv olmalıdır. Bu gün 44 günlük qalib müharibədən sonra ölkəmizdə prioritet məsələlər var, böyük qayıdışa hazırlıq gedir və bizim hamımız bu işdə dövlətimizin yanında olmalıyıq. Bütün bunlara baxmayaraq bu məsələ şəhər İH başçısının, aidiyyatı qurumların və bizim daima nəzarətimizdə olacaqdır.
Növbəti mərhələlərdə şəhərimizdə müxtəlif idman növləri üzrə məşhur idmançılarımızın iştirakı ilə “Master Class” ların keçirilməsini də planlaşdırırıq.
Hesab edirəm ki, bu gün əsas məsələ mövcud idman qurğularını işlətmək, maksimum istifadə etmək və qorumaq lazımdır.
Bu gün əsas məsələ mövcud idman qurğularını işlətmək, maksimum istifadə etmək və qorumaq lazımdır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ